• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 05.05.2022 12:10

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib

KepezTV Player

Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib. Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar. Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib. Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.