5-8 may tarixlərində Bakıda cüdo üzrə Azərbaycan birinciliyi keçiriləcək. Yarışda gəncəli idmançılar da iştirak edəcək. Birinciliyə Mehman Abdullayevin məşq bölməsinin 4 üzvü də yollanacaq. Bunlar 73 kq çəki dərəcəsində Babək Sadıqovla İlyas Ələkbərov, 66 kq-da Fəxri Həsənov və 55-kqda Ruslan Kərimlidir. Yeniyetmələr məşqçi ölkə birinciliyinə ciddi hazırlaşıblar və doğma şəhərə medalla qayıtmağı hədəfləyirlər. Hər bir məşqçi üzərində əziyyəti olduğu yetirməsinin yarışlarda uğur qazanmasını arzulayır. Cüdoçuların yarışa səylə hazırlaşdıqlarını deyən məşqçi Mehman Abdullayev də ölkə birinciliyində cüdoçuların yaxşı nəticə əldə etməsini istəyir.Mehman Abdullayevin yetirmələri bir sıra yerli səviyyəli yarışların qalib və mükafatçıları olublar. Məşq bölməsində 40-dan çox uşaq və yeniyetmə cüdonun sirlərini öyrənir.
- Baxış: 1169