Aqrar rayon olan Goranboyda pambıq ənənəvi kənd təsərrüfatı bitkilərindəndir. Rayonda əkininə xüsusi önəm verilən pambıqdan ötən il hektardan orta hesabla 23 sentner məhsul yığılıb. Bu il isə hədəf 30 sentnerdir.
Goranboyda bu il pambığın əkininə aprelin əvvəlindən başlanılıb. Müqavilə imzalanan 596 fermer rayonda ağ qızılın becərilməsi ilə məşğuldur. İndiyə kimi 2450 ha əraziyə çiyid səpilib. Fermerlərin bu ilki məhsuldan gözləntiləri böyükdür.
Rayonda pambığın əkini üçün sahələrə 20-ə yaxın texnika cəlb edilib. Bu səpinin vaxtında və problemsiz başa çatdırılmasna xidmət edir.
Bol məhsul götürmək üçün pambıq bitkisinnə xüsusi aqrotexniki qulluq vacibdir. Ötən il Goranboyda 2647 ha sahədən 7900 ton məhsulun götürülməsi bunun bariz nümunəsidir.
Bu il Goranboyun 37 kəndində səpin aparılır. Prosesin maya kimi yekunlaşdırılması və avqustun ikinci on günlüyündən məhsulun yığımına başlamaq planlaşdırılır. Bu müddətdə 2700 ha-a yaxın olacaq pambıqaltı sahələr 4 dəfə suvarılmadır.
Elnur Vahidoğlu
- Baxış: 2761