• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1229
— 29.04.2022 15:33

Bakıda polisə hücum edən şəxs zərərsizləşdirilib

KepezTV Player

Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə Maştağa qəsəbəsində yerləşən kafelərin birində münaqişə olması barədə məlumat daxil olub. Kafeni işlədən Ləman Heydərova Teymur adlı şəxsin sərxoş vəziyyətdə bıçaqla onları hədələyərək 1000 manat pul tələb etməsini, kafenin şüşələrini sındırmasını, işçilərdən birinə isə bıçaqla xəsarət yetirərək getməsini bildirib. Əməliyyat-axtarış tədbirləri həmin şəxsin yeri müəyyənləşdirilib. Saxlanılması üçün ona yaxınlaşdıqda həmin şəxs bıçaqla polis əməkdaşlarına hücum edib xəsarət yetirməyə cəhd göstərərkən xidməti avtopatrul maşınını zədələyib. Bu zaman polis əməkdaşları tabel silahından havaya 2 dəfə xəbərdarlıq atəşi açıb. Buna baxmayaraq o, silahlı müqavimətini davam etdirdiyindən ayaq nahiyəsinə atəş açılmaqla zərərsizləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Araşdırmalarla həmin şəxsin əvvəllər 3 dəfə məhkum olunmuş Maştağa qəsəbə sakini, 49 yaşlı Teymur Yolçuyev olduğu müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.