• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 26.04.2022 20:35

Şəhidlərin xatirəsinə həsr olunan tədbir keçirilib

KepezTV Player

Gəncənin 44 nömrəli məktəb-lisey kompleksində şəhidlərin xatirəsinə həsr olunan tədbir təşkil edilib. “Şəhidlər ölməz, vətən bölünməz” adlı layihə çərçivəsində baş tutan tədbirdə bir sıra idarə, müəssisə və təşkilatların rəhbər və nümayəndələri, qazilər, şəhidlərin ailə üzvləri, eləcə də məktəbin müəllim və şagird heyəti iştirak edib. Yığıncaqda Vətən müharibəsində adıçəkilən məktəbin şagirdi olmuş 7 şəhidi haqda məlumat verilib, onların keçdiyi döyüş yolu barədə danışılıb. Daha sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, səhnəciklər göstərilib.