• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 11.04.2022 20:25

İlk televiziya saz müsabiqəsinin seçim turu olub

KepezTV Player

Gəncədə “Şuşa ili” çərçivəsində ilk dəfə olaraq televiziya Aşıq müsabiqəsinin seçim turu keçirilib. Gəncə regional mədəniyyət idarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə reallaş müsabiqənin ilk turunda 50 nəfər Aşıq sənəti üzrə bacarıqlarını nümayiş etdiriblər. “Şuşa ili” çərçivəsində keçirilən televiziya saz müsabiqəsinin birinci seçim turu Gəncə şəhər 5 nömrəli Uşaq Musiqi Məktəbində keçirilib.  Müsabiqədə Gəncə ilə yanaşı Göygöl, Samux, Şəmkir, Goranboy, Naftalan, Kəlbəcər və Xocalı rayonlarından 50 nəfər iştirak edib. Müsabiqəyə 8-30 yaş arası olan ifaçılar qatılıb. Şərtlərə görə ifaçılar mütləq vətəpərvəlik ruhunda mahnı ifa edib, şerlər sələndirməlidirlər. Həmçinin müsabiqədə Qarabağa aid ifalar da yer alımalıdır.  Saz müsabiqəsinin  bədii rəhbəri İlqar Nəcəfovdur. Munsiflər heyyətinin tərkibində Əməkdar Mədəniyyət İşçisi Sahib İbrahimli, Təvəkkül Hüseyinli, Aşıq Məhəbbət Kazımova, Aşıq Saleh Tağıyev və Aşıq Bəhruz Bağırov yer alıb. İlk turun nəticələrinə görə münsiflər heyyəti 50 iştirakçıdan 20-nin ifasına müsbət rəy verib. 


Elnur Vahidoğlu