• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 10.04.2022 21:15

Mövsümü yaşıllıqlarla şəhər gözəlləşir

KepezTV Player

Gəncənin görünüşünə əlavə gözəllik qatan yaşıllıq zolaqlarının göz oxşaması üçün yetişdirilən bitkilər min bir zəhmət hesabına başa gəlir. Hər il əkilən 100 minlərlə ağac və güllər şəhərin yaşıllaşdırma şöbəsinin tinkçilik sahəsinin məhsuludur. 50-ə yaxın müxtəlif növdən olan bitkinin becərildiyi tinklikdə, hər ağac və gül kolu özünəməxsus qulluq tələb edir. Bunlarında hər biri Nizami yurdunun küçə və prospektlərini bəzəmək üçün istifadə olunur.İlin birinci rübündə Gəncəyə 25 min müxtəlif növ çiçəklər, 7500 ədəd müxtəlif növ Eldar şamı, Sərb, Şərq çinarı ağacları əkilib. Bu proses Heydər Əliyev və Nizami prospektlərinə, eyni zamanda şəhərin 17 parkında aparılıb.

Nazlı Bağırova: Hər il olduğu kimi bu ildə, yazın gəlişi ilə əlaqədar olaraq, 45 min çiçək əkmişik. Bu çiçəklərin özünə məxsusluğu var. Məsələn, bu çiçəklərdən ən çox Geranlar, Primuralar, Papatyalar, Violalar, Marqarittalar və başqa növ çiçəklər əkmişik və hazırda əkinlərə davam edirik. Ümumiyyətlə bu əkin təkcə yazda deyil, payızın sonlarına qədər davam edir.

Rizvan Quliyev: İkinci rüb üçün müəyyən monitorinqlər keçirik. Əkilmiş ağacların müəyyən hissələrinin tutmaması müşahidə olunub. Onlarıda özümüzlə bərabər, bitki mühavizəsindən, Aqrar universtitetdən mütəxəssislər dəvət eləmişik. Müəyyən yerlərdə müəyyən ağacların quruma səbəbləri araşdırılır. Onların qələvi mühitlə, TH-ın dəyişməsi ilə, quruması müəyyən olunubdur. Biz növbəti rübdə, onların dəyişdirilməsi və yenisi ilə əvəz olunmasını təmin edəcəyik. Yəni ikinci rübdə təxminən 10 min ağac əkiləsi planlaşdırılır.



Nərgiz Əhmədqızı