• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 06.04.2022 20:34

Mövsümi allergiyalardan necə qorunmalı?

KepezTV Player

Həkimlərin bildirdiyinə görə, hər 7 insandan biri allergiya xəstəliyindən əziyyət çəkir. Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin bəzi allergiyalar mövsümi xarakter daşıdığından, əsasən yaz və payız aylarında özünü daha qabarıq şəkildə göstərir.

Mövsümi allergiyalar təbiətdə baş verən dəyişikliklərlə əlaqədar yaranır. Yaz fəslində baş verən allergiyalar mart ayının əvvəllərində ağacların tozlanması nəticəsində başlayır və may ayının sonu, iyunun əvvəllərinə kimi davam edir. İyul və avqust aylarında isə alaq otlarının səbəb olduğu allergiyalar ön plana çıxır. Yaz aylarında ortaya çıxan allergiyalar arasında pollinoz üstünlük təşkil edir. Pollinoz özünü müəyyən əlamətlərlə büruzə verir.

Elvira Qapaqova allerqoloq: Havaların isinməsi ilə gələn yaz ayları bəzilərinmizə xoş günlər gətirsə də bir çoxlarımıza bəzi diskonfortlar verir. Bunu hər kəsin bahar alergiyası adlandırdığı polinoz dediyimiz  mövsümü alergiyalarda görürük. Səbəb nədir? Burda polen dediyimiz bitki tozcuqlarının bəzi insanlarda xüüsusəndə hipersensidiv insanlarda bəzi əlamətlər verməsi ilə nəticələnir. Bunun nəticəsində gözlərdə qızarma, qaşınma, sulanma, burun tutulması, burundan suyun axması, asqırmalar, səhər yuxudan duranda insanlar özlərini xəstələnmiş kimi hiss edir. Günün ikinci yarısında artıq şikayətlərin azalmasını görürlər. Həmçinin boğazda qaşınmalar, öskürəklər, qulaq içində qaşınmalarla müşahidə olunan bir hallar olur.

El arasında “Bahar xəstəliyi” də adlanan  allergiya ağacların çiçək açdığı ərəfədə daha da fəallaşır və  xəstələr günün ilk yarısında yəni günorta vaxı daha çox əziyyət çəkirlər. Səbəb isə çiçəklərin tozlanmasıdır.

Elvira Qapaqova allerqoloq: Bunun  üçün ilk öncə nəzərə almaq lazımdır ki, çiçəklənmə əsasən günün ilk yarısında daha çox olur. Bunun üçün pəncərələri qapalı saxlamaq lazımdır. Kondisoner havasını nə qədər tərifləməsək də məcburən həmin vaxtı isti havalarda evin havasını tənzimləmək lazımdır. Həmçinin bu mövsümlərdə yürüşlər aparmaq, evə döndükdə dəniz suları dediyimiz izotemik məhlullarla burun içərini yumaq, tez- tze duş almaq, həmçinin günəş eynəklərindən istifadə etmək, yaxşı olar ki, xüsusəndə uşaqlarda papaqlardasn ikstifadə bu qorunma amillərindəndir.

Mütəxəssislər deyirlər ki, mövsümi allergiyası olan insanlar baldan, sitrus meyvələrindən, ədviyyatlardan, əsasən də mövsümə uyğun olan qıcıqlandırıcı meyvə və tərəvəzlərdən bacardıqca uzaq dayanmalıdırlar.

Aişə Rzayeva