• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1970
— 06.04.2022 18:04

Xaricdə təhsil almaq üçün sənəd qəbulu sentyabrda başlayacaq

KepezTV Player

Bir sıra ixtisasların proqrama salınmamasının səbəbi açıqlanıb

“Sentyabr ayında 2022-2023-cü tədris ili üçün “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə bağlı sənəd qəbuluna başlanılması planlaşdırılır”. Təhsil nazirinin müşaviri Nicat Məmmədli bildirib ki, Dövlət Proqramı çərçivəsində müvafiq seçim və maliyyələşmə qaydaları yaxın zamanda təsdiq olunacaq.

Təhsil Nazirliyi bəzi ixtisasların o cümlədən hüquq, jurnalistika, incəsənət və s. aid ixtisasların salınmamasının səbəbini açıqlayıb.Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib ki, seçilən ixtisaslar əmək bazarının tələblərinə uyğun olaraq müvafiq qurumların rəyi əsasında formalaşır. Bəzi xüsusi ixtisaslar üzrə təhsil almaq istəyən şəxslər bunu digər mövcud resursların təqaüd proqlamlarının hesabına həyata keçirə bilərlər.Tibb təhsili ilə bağlı isə yeni layihə hazırlanıb. Dövlət proqramında yer alan universitetlərin siyahısının hər il yenilənir. 2022-2023-cü tədris ili üçün 30 universitet üzrə 15 prioritet ixtisas sahələri müəyyən edilib.