• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2126
— 05.04.2022 20:20

İcra başçısının sakinlərlə görüşü olub

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 31 nömrəli tam orta məktəbdə sakinlərlə görüşüb. “Açıq mikrofon” şəraitində keçirilən görüşdə vətəndaşlar su və çirkab su xəttlərinin çəkilişi, işlə təminat, maddi yardım kimi məsələləri gündəmə gətiriblər. Niyazi Bayramov vətəndaşların müraciətlərini bir-bir dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll olunub, digərləri isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.