• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2049
— 05.04.2022 16:22

Ev təqdimatı olub, iftar süfrəsi açılıb

KepezTV Player

Türkiyənin İnsan Haqq və Hürriyyətləri İnsani Yardım Vəqfi tərəfindən qərb bölgəsində yaşayan və axıska türkü olan aztəminatlı və şəhid ailələri, eləcə də qazilərə yardımı paylanılıb. Ramazan ayı münasibətilə içərisində gündəlik tələbat üçün lazım olan ərzaq məhsullarından ibarət bağlamalar Vəqfin əməkdaşları tərəfindən Gəncədə sözügedən qrupdan olan insanlara çatdırılıb. Ümumilikdə Yevlax, Goranboy, Gəncə və Tovuzda 150 ailəyə ərzaq payı verilib. Yardım vəqfi ümumilikdə Azərbaycan üzrə 2000dən artıq ailəyə ərzaq yardımı edib.

Həmçinin, İnsan Haqq və Hürriyyətləri İnsani Yardım Vəqfi Gəncə sakini Solmaz Cabbarovanın yararsız halda olda evinin təmirini də həyata keçirib. Fərdi yaşayış evi müasir tələblər səviyyəsində yenidən qurularaq sahibinə təhvil verilib. Təqdimat mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk də iştirak edib. Təqdimatdan sonra müqəddəs Ramazan ayı münasibəti ilə oruc tutan sakinlər üçün iftar süfrəsi açılıb. İftar süfrəsində evlə təmin edilən ailənin üzvləri də iştirak edib.