• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 05.04.2022 15:52

I Qarabağ müharibəsində xəsarət alanlara birdəfəlik ödənişlər iyulda veriləcək

KepezTV Player

1991-1997-ci illərdə xəsarət almış Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödənişlərin veriləcəyi tarix açıqlanıb. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyevin sözlərinə görə, birdəfəlik ödənişlərin iyul ayından başlanması nəzərdə tutulub. Mehdiyev bildirib ki, hələlik müvafiq qurumlardan məlumatların göndərilməsi prosesi başa çatmayıb. Vətəndaşın bunun üçün heç bir quruma üz tutmasına ehtiyac yoxdur. Əgər hər hansısa bir şəxs ödəniş həyata keçirilən zaman iddia edirsə ki, onun da yardım almaq hüququ var, bu zaman müvafiq sənədlərlə Dövlət Sosial Müdafiə Fonduna və DOST mərkəzlərinə müraciət edə bilər. Ölkə başçısının imzaladığı fərmana əsasən 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular, daxili işlər orqanları əməkdaşlarına, onlardan vəfat etmiş şəxslərin vərəsələrinə I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulur.