• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 05.04.2022 16:05

Prezident Azərbaycanla İran arasında Şərqi Zəngəzurla bağlı memorandumu təsdiqləyib

KepezTV Player

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikintilərin Dövlət Reyestrinin aparılması qaydalarının pozulmasına görə inzibati xətalar haqqında işlərə üzrə protokol tətbiq etmək səlahiyyətində olan vəzifəli şəxslərin siyahısı müəyyənləşib. Bu, Prezidentin bu gün imzaladığı fərmanla “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.