• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2146
— 05.04.2022 10:29

"Ukrayna sülhə nail olmalıdır"

KepezTV Player

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Silahlı Qüvvələrinin dinc sakinlərə qarşı qətliam törətdiyi Buça şəhərini ziyarət edib. Kiyev vilayətindəki şəhəri ziyarət edən dövlət başçısı, dağılmış Rusiya texnikasına baxış keçirib, yerli sakinlərlə söhbət edib. O, Rusiyanın Ukraynada hərbi cinayətlər və soyqırımı törətdiyini bəyan edib. Jurnalistin “Rusiya ilə sülh danışıqları hələ də mümkündürmü?” sualına Prezident belə cavab verib: “Bəli, çünki Ukrayna sülhə nail olmalıdır. Biz 21-ci əsrin Avropasındayıq. Diplomatik və hərbi səylərimizi davam etdirəcəyik”. Qeyd edək ki, martın 31-də Rusiya qoşunları Buçanı tərk edəndən sonra şəhərdə çoxsaylı hərbi cinayətlər - mülki əhalinin öldürülməsi, işgəncə, zorlama və talan faktları aşkarlanıb. Azad edilən Buçada jurnalistlərin çəkdiyi və mülki şəxslərin meyitlərinin əks olunduğu fotolar dünyaya yayılıb.