• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1566
— 03.04.2022 20:12

Bir sıra vasitələrlə ölkəmizə kifayət qədər vətəndaş təxliyə edilib

KepezTV Player

20 ildən çoxdur ki, Ukraynanın Xarkov şəhərində şəhərində yaşayan adıçəkilən rayonun Gəncə kəndinin sakinləri Ukrayna-Rusiya müharibəsinin ilk günlərindən etibarən yaşadıqları şəhərdə fəaliyyət göstərən supermarketlərdən birinin zirzəmisinə sığınıblar. Qorxulu, eyni zamanda çətin anlar yaşayan ailə bir müddət sonra Azərbaycan dövlətinin səyi nəticəsində əvvəlcə qatarla Lvov şəhərinə, ardınca isə quru yolla Polşaya keçiblər. Oradan isə xanımları və uşaqları təyyarə ilə Bakıya, ailə başçıları isə öz hesablarına aviareyslə Gürcüstanın Kutaisi şəhərinə gediblər. Qonşu ölkədə isə Cəfərovları səfirliyin nümayəndələri qarşılayaraq Gürcüstan-Azərbaycan sərhədinədək müşayiət edib.

Eyni aqibətlə üzləşən və 35 ildi paytaxt Kiyevdə yaşayan Mehdizadə ailəsinin isə durumu bir az fərqlidi. Ailənin başçısı Şahin bəy 1 il, oğlu Kənan isə müharibədən 5 gün qabaq Azərbaycana gəliblər və sonra geri dönə bilməyiblər.

Şahin Mehdizadə müharibə başlayandan boş dayanmayıb. Memar olan müsahibim Ukrayna prezidentinin çağırışını nəzərə alaraq köçkünlər üçün layihə hazırlayıb.

Ukrayna-Rusiya müharibəsi başlayandan 19 çarter reysi və çox sayda avtobusla Azərbaycan vətəndaşı ölkəmizə təxliyə olunub. Eyni zamanda vətəndaşlarımızın bir hissəsi öz hesabına hava nəqliyyatı və şəxsi avtomobili ilə də ölkəmizə gəliblər. Ümumilikdə bu günədək 13000-dən çox Azərbaycan vətəndaşı evakuasiya edilib.