• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1694
— 03.04.2022 18:33

Yeni turizm marşrutları açılır

KepezTV Player

Yay mövsümündə qonaqlı-qaralı olan Göygöl Gəncəbasarın əsas istirahət məkanlarından sayılır. Ötən il minlərlə turist rayonunun gəzməli-görməli yerlərini ziyarət edib, təbiət qoynunda istirahət imkanını əldən verməyib. Bu il 100 mindən artıq qonağın gəlməsi gözlənilən rayonda yeni turizm marşrutlarının yaradılması istiqamətində planlar var.
 

Yazın gəlişi ilə təbiətin oyanışı turizm həvəskarları üçün böyük fürsətdir. Bu fürsətdən yararlanmaq istəyənlər müəyyən imkanlardan istifadə edə bilərlər. Bu imkanlardan biri də müxtəlif klublardır ki, onlara müraciət edənlərin sayı heç də az deyil.

Göygöl rayonu ərazisində fəaliyyət göstərən mövsümi istirahət məkanları da yeni turizm marşurutlarının əsas tərkib hissələrindədir. Xüsusilə rayonun Aşıqlı kəndi və Gəncənin Hacıkənd qəsəbəsi ərazisində fəaliyyət göstərən məkanlar qonaqların üz tutduğu əsas məkanlardandır.

Cari ildə isə Zurnabad qalası, Şəhriyar şəlaləsi kimi ekoturizm marşurutunun açılması planlaşdırılır ki, bu da bütövlükdə Topalhəsənli-Zurnabad kənd klastırı layihəsi çərçivəsində həyata keçiriləcək. Bu özlüyündə Topalhəsənli, Zurnabad, Şəhriyar və Kərimli kəndlərini əhatə edəcək.

Yeni turizm marşurutlarının yaradılması, mövsümlük anlayışını aradan qaldırmaqla, davamlı turizmə nail olmağa təkan verir. Sözügedən rayonda uzun illərdir fəaliyyət göstərən turizm obyektlərinin mövcudluğu da qərb bölgəsinin turizm potensialının yüksəldilməsinə öz töhfələrini verir.

Valeh Anaroğlu