• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 01.04.2022 12:05

Hərbi xidmətə növbəti çağırış başlayıb

KepezTV Player

Bu gündən Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən verilən məlumata görə ölkə prezidentinin imzaladığı müvafiq sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək 18 yaşı tamam olan, habelə 1987–2003-cü illərdə doğulan, yaşı 35-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınması aprelin 30-dək davam edəcək.