• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 14.03.2022 15:37

Şuşada qarın hündürlüyü 30 sm-ə çatır

KepezTV Player

“Son üç gündə Şuşaya fasiləsiz qar yağır”. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən bildirilib. Havanın temperaturu mənfi 4-8 dərəcə arasında dəyişir, qarın hündürlüyü 30 santimetrə çatır.

Martın 13-də Bakı-Şuşa reysi ilə hərəkət edən sərnişin avtobusu kəskinləşən hava şəraiti ilə əlaqədar olaraq Şuşa şəhərini tərk edə bilməyib. Avtobusla gələn 43 sərnişin, sürücülər və könüllülər "Xarıbülbül" hotelinə yerləşdirilib və qida ilə təmin olunublar. Sərnişin avtobusu bu gün səhər Bakıya yola düşüb.