• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1319
— 14.03.2022 16:25

“Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində”

KepezTV Player

Gəncədə “Azərbaycanın informasiya təhlükəsizliyi regional və sosial media müstəvisində” adlı işguzar konfrans keçirilib. 13 şəhər və rayonun prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşlarının qatıldığı konfransda yayılan xəbərlərin dəqiqləşdirilməsinin vacibliyi və yalan məlumatın tirajlanmaması məsələləri müzakirə edilib.

Tədbir iştirakçıları əvvəlcə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkiblər. Həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzülüb. Baş Prokurorluq, Daxili İşlər, Ədliyyə, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Dövlət Təhlükəsizliyi Xidmətinin, Medianın İnkişafı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi agentliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Mətbuat Şurası nümayəndələrinin iştirak etdikləri konfrans çərçivəsində Gəncə şəhər prokurorluğunun inzibati binasına mediatur təşkil edilib. Əməkdaşlar üçün yaradılmış şəraitlə tanışlıq olub. Ardından keçirilən konfransda media ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanıb. Zamanın tələbinə uyğun olaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində mühüm addımlarım atıldığı diqqətə çatdırlıb.

Kənan Zeynalov - Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru: Bu tipli konfranslarımız gələcəkdə də silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulmuşdu. İnanırq ki, öz töhfəsini səmərəli əməkdaşlıqda verəcəkdir. Azərbaycanın infarmasiya təhlükəsizliyinin təmin olunmasında bu tipli tədbirlərin mühüm əhəmiyyət kəsb edəcəyini düşünürük.

Vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığı qeyd edilib. İndiyədək 110-dan çox müraciətin qeydə alınaraq aidiyyəti üzrə göndərildiyi vurğulanıb.

Elşad Hacıyev - DİN-in Mətbuat Xidmətinin şöbə rəisi: Bütün informasiyaları media nümayəndələri, qeyri hökümət təşkilatları yayarkən, qəbul edərkən o infarmasiyanın mahiyyətinə uyğun olaraq bir başa olaraq dövlət qrumlarından xüsusən də hüquq mühafiəz orqanlarından dəqiqləşdirməyə çalışmalıdırlar. Bunun üçünü də müxtəlif dövlət orqanlarında komnikasiya vastələri yaradılıb ki, heç bir halda dövlət qrumlarında əl çatanlıq problemi yoxdur. Sosila medi nümayəndələrin, mətbuatın, jurnalsitlərin hər birimizin birgə işi olmalıdır ki, bu media məslələrində diqqətli və məsuliyyətli olsunlar.))

Konfransda dövlət qurumları ilə bölgə mediası arasında operativ və səmərəli kommunikasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçılar təkliflərini səsləndiriblər.