• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 972
— 05.03.2022 12:29

Zelenski Kiyevi tərk etməsi barədə yayılan xəbərləri yalanlayıb

KepezTV Player

Ukrayna Prezidenti Vlodimir Zelenski Kiyevi tərk etməsi barədə yayılan xəbərləri təkzib edib.

Dövlət başçısı bu barədə instaqram səhifəsində iş yerindən yayımladığı videoda bildirib."İki gündən bir məlumat gəlir ki, guya mən Ukraynadan, Kiyevdən harasa qaçmışam. Amma görürsünüz, mən buradayam, heç kim heç yerə qaçmayıb... Beləliklə, işləyirik. Qaçmağı sevirik, amma indi kardioməşqlər üçün vaxt yoxdur. Çünki işləyirik! Yaşasın Ukrayna", - dövlət başçısı videoda qeyd edib.