• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 21.02.2022 20:37

Prezident İlham Əliyev Toivo Klaarı qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Avropa İttifaqı ilə Azərbaycan arasında konstruktiv dialoqun mövcud olduğunu söyləyən dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan-Avropa İttifaqı münasibətlərinə, həmçinin Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasına töhfəsini müsbət qiymətləndirdiyini vurğulayıb.Birinci Ermənistan-Azərbaycan müharibəsi zamanı dörd mindən artıq insanın itkin düşdüyünü xatırladan Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dördlü formatda keçirilən görüşlərin nəticəsi olaraq itkin düşmüş şəxslərin taleyinin və onların basdırıldığı kütləvi məzarlıqların müəyyən edilməsi məsələsində Ermənistan tərəfinin konstruktiv formada davranmasının vacibliyini diqqətə çatdırıb.Görüşdə, həmçinin Ermənistan-Azərbaycan arasında kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və digər prinsipial məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.