Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin kikboksinq üzrə daxili birinciliyi keçirilib. Yarış Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub.
Döyüşlərdən öncə daxili birinciliyin açılış mərasimində çıxış edənlər edənlər Xocalı faciəsinin bəşər tarixin ən böyük qanlı hadisələrindən olduğunu diqqətə çatdırıblar. 20-ci əsrin dəhşətli qətliamlarından olan Xocalı soyqırımının azərbaycanlılara qarşı törədilən ən amansız cinayətlərdən biri kimi tarixə düşdüyü ifadə olunub. Rəsmi hissədən sonra mübarizələrə start verilib. Birincilikdə 5 yaş qrupundan olan uşaq və yeniyetmələr qalib olmağa çalışıb. Ümumilikdə 45 çəki dərəcəsində qız və oğlan kikboksinqçilərin iştirak etdiyi yarışa 200-ə yaxın idmançı qatılıb.
Kikboksinq yarışları illərdir bir deviz altında təşkil edilir. Bu cəmiyyətin bəlası narkomaniya və uşaq cinayətkarlığıdır.
Yarış 2 gün davam edib. Yekunda ilk 3 pillədə qərarlaşan kikboksinqçilər diplom və medalla mükafatlandırılıblar.
- Baxış: 259