• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2068
— 17.02.2022 20:46

Qaydaları pozanlar cəzalandırılıb

KepezTV Player

Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları taksi və avtobuslarda sürücülərin COVİD-19 pasportunun olub-olmamasına, tibbi maskalardan istifadəyə diqqət yetiriblər. Qaydalara əməl etməyən şəxslər barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Daha sonra monitorinq rayon ərazisindəki market və digər ticarət obyektlərində, eləcə də əhalinin sıx olduğu yerlərdə davam etdirilib.Mehmanxana, kafe-restoran eləcə də digər iaşə obyektlərində həm işçilərin, həm də müştərilərin qaydalara necə riayət etmələri yoxlanılıb. 3-cü doza vaksinasiya olunmayan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.