• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 689
— 05.02.2022 17:57

Göygöldə də pandemiya qaydalarına əməl olunması ilə bağlı reyd təşkil edilib

KepezTV Player

Reyddə vətəndaşlar maarifləndirilib, qaydaları pozanlar cərimələnib. Rayon polis şöbəsinin əməkdaşlarının reallaşdırdığı reyd ilk olaraq taksi fəaliyyəti ilə məşğul olanları əhatə edib. Sərnişin daşıyan sürücülərin tibbi maskadan istifadə etməsinə və COVİD-19 pasportlarının olmasına diqqət yetirilib, həmçinin Operativ Qərargahın verdiyi göstərişlərə əməl olunması yoxlanılıb. Reyd zamanı qoyulan qaydalara əməl etməyərək şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər həm cərimələnib, həm də maarifləndirilib. Reyd sərnişin daşıyan ictimai nəqliyyatda da keçirilib. Avtobuslara baxış keçirən asayiş keşikçiləri sükan sahibləri ilə profilaktik söhbət aparıb, tələblərə əməl etməyənlərin inzibati xətalar məcəlləsinin müvafiq maddəsi cərimə olunacağı xatırladılıb. Daha sonra nəzarət-profilaktiki tədbirlər rayon ərazisində əhalinin sıx olduğu marketlərdə  də davam etdirilib. Dükan sahiblərinə izah edilib ki, açıqda satılan qidalara alıcıların əllə təmas edə biləcəkləri meyvə, un məmulatları piştaxtalarında satıcıların olmasına diqqət yetirilməlidir. Bu yolla da yoluxma hallarının qarşısının alınmasının mümkünlüyü vurğulanıb. Göygöldəki reyd zamanı qanuna tabe olmayanlar müvafiq qaydada inzibati məsuliyyətə cəlb olunub. Yoxlamalarda 10-a yaxın şəxs cərimələnib.