• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 686
— 02.02.2022 19:03

Kəlbəcərli gənclər 2 fevralı qeyd ediblər

KepezTV Player

Kəlbəcər Gənclər və İdman İdarəsi tərəfindən Gənclər günü ilə bağlı tədbir təşkil edilib. Ulu öndər Heydər Əliyevin rayon icra hakimiyyətindəki büstü önünə və Kəlbəcər şəhidlərinin abidə kompleksinə tər güllər düzüldükdən sonra reallaşan yığıncaqda 2 fevral gənclər gününün təsis edilməsindən 25 il ötdüyü, bu zaman ərzində gənclərlə bağlı genişmiqyaslı yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin, lahiyələrin həyata keçirildiyi qeyd olunub. Bu gün ölkədə gənclərə xüsusi diqqət və qayğı göstərilir, bunun da bariz nümunəsi kimi dövlət strukturlarında onlara daha çox etimat edilməsini göstərmək olar. Tədbirin gedişatında ümummili lider Heydər Əliyev və onun davamçısı prezident İlham Əliyevin gənclərlə birlikdə iştirak etdiyi tədbirlərin videoçarx izlənilib. Sonda il ərzində fərqlənən gənclər mükafatlandılıb. Onlara fəxri fərman və dəyərli hədiyyələr təqdim olunub.