KepezTV Player
Gədəbəydə rayonun Daryurd kəndində evə basqın olub. Kənd sakinləri Şirzad İsmayılov və həyat yoldaşı Zəmər İsmayılova polisə müraciət edərək, axşam saatlarında evdə olarkən naməlum şəxsin mənzillərinə basqın etdiyini, onlara xəsarətlər yetirərək evdən 200 manat pul götürdüyü bildiriblər. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilib və tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
- Baxış: 895