• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1132
— 23.01.2022 20:10

Koronavirus gün ərzində daha 13 can aldı

KepezTV Player

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 697 yeni yoluxma faktı qeydə alınıb, 526 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 633 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 612 292 nəfər müalicə olunaraq sağalıb, 8 610 nəfər vəfat edib. 12 829 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 851, bu günə qədər isə ümumilikdə 6 065 279 test icra olunub. Bir gündə 22 586 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 042, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 122, buster doza üzrə vaksinasiya olunanların sayı isə 18 422 nəfərdir.