• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 21.01.2022 16:02

Yeni tikilən 2 məktəb istifadəyə verildi

KepezTV Player

Dövlətin təhsilə, gənclərin bilikli və savadlı yetişməsinə qayğısının təzahürü özünü Gəncə və Samuxda biruzə verib. Şəhərdə 10 nömrəli, rayonda isə Çobanabdallı kənd orta məktəbləri üçün tikilən yeni binalar müəllimlər və şagirdlər üçün yeni imkan açır.

Məhəmməd Hadinin adını daşıyan 10 nömrəli orta məktəb 1 ildən də az bir müddətdə inşa edilib. Hərəsi 3 mərtəbəli 4 korpusdan ibarət binada 760 şagirdin eyni zamanda təhsil alması mümkündür. Bunun üçün 31 sinif otağı, 2 informatika kabineti, 6 laboratoriya yaradılıb. Eləcə də 160 yerlik bufet və 180 yerlik akt zalı, 2 idman zalı və 2 emalatxana da məktəb kollektivinin istifadəsinə verilib. 86 yaşı olan məktəbin kollektivi bundan sonra müasir şəraiti olan, geniş və işıqlı sinif otaqlarında tədris aparacaqlar.

Samux rayon Həsənbəy Zərdabi adına Çobanabdallı kənd orta məktəbi də yenidən tikilərək istifadəyə verilib. Bu mətb binası da 9 aya ərsəyə gəlib. 324 yerlik məktəbdə 3 laboratoriya, 100 yerlik yeməkxana, 97 yerlik akt zalı və sinif otaqları müasir səviyyədə tikilib.

Təhsil ocağı video müşahidə kameraları və yanğın əleyhinə siqnalzasiya sistemi, internet və telefon xəti ildə təmin edilib. Bu cür şərait tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında da yaradılacaq.

49 pedaqoji heyyətin çalışdığı və 600-ə yaxın şagirdin təhsil aldığı Çobanabdallı orta məktəbində tədris prosesi yanvarın 24-dən başlayacaq. Gəncədəki 10 nömrəli məktəbdə isə dərslərə fevraldan başlanılması planlaşdırılır.

 

Elnur Vahidoğlu