• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 21.01.2022 12:03

Körpüdə yolun buz bağlaması zəncirvari qəzaya səbəb olub

KepezTV Player

Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. “Çermet” körpüsü kimi tanınan ərazidə “BMW” markalı avtomobilin sürücüsü yolun buz bağlamasına görə idarəetməni itirib. Avtomobil yol ayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Bundan sonra polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyyə ediblər.