• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 21.01.2022 12:10

"Zefer.az" saytının təqdimatı keçirilib

KepezTV Player

Paytaxtda Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsində qazanılan Zəfərə həsr olunmuş "zefer.az" saytının təqdimatı keçirilib. Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra tədbir iştirakçılarına "zefer.az" saytına həsr olunmuş videoçarx nümayiş etdirilib. “Zefer.az” saytı “Zəfər” salnaməsinin yaddaşalara köçürülməsi, Zəfərin tarixi yaddaş baxımından mühüm əhəmiyyətini nəzərə alınaraq hazırlanıb. Platforma Azərbaycan xalqının 30 il hazırlaşdığı və 44 gün ərzində keçdiyi Zəfər yolunun virtual salnamə-ensiklopediyasıdır.