Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			19.01.2022 09:50		
		Goranboy sakini minaya düşüb
KepezTV Player
					  
					  					  				Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tap Qaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
- Baxış: 762

