• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 671
— 13.01.2022 20:02

Koronavirusun psixoloji gərginliyi ilə necə mübarizə aparaq?

KepezTV Player

Çağımızın qlobal bəlasına çevrilən koronavirus yalnız insanın sağlamlığına deyil, psixoloji vəziyyətinə də böyük mənfi təsir göstərir. Pandemiya dövründə yaranan psixoloji problemlərə panik atak, depressiya, yuxu pozulması və s.i misal çəkmək olar. Tədqiqatlar isə onu göstərir ki, psixoloji cəhətdən neqativ yüklənmək koronavirusun orqanizmdəki təsirinin artmasına səbəb olur. Odur ki, qarşımızda virusa yoluxmamaq qədər, onun psixoloji təsirlərindən özümüzü qorumaq vəzifəsi də dayanır.

Dünya hələ də bir neçə ildir davam edən koronavirus adlı bəladan xilas ola bilməyib. Son vaxtlar isə virusun yeni ştamları sürətlə yayılır. İnsanların virusdan qorunması üçün dövlətlər müəyyən qadağalar tətbiq etməli olurlar. Bu isə bəzi hallarda ciddi psixoloji gərginliyə səbəb olur. Bəs insanlar bu gərginlikdən yaxa qurtarmaq üçün nə etməlidirlər? Gəncə sakinlərinin fikirlərini öyrəndik.

Psixoloqlar isə deyirlər ki, qorxmaqla və ya panikaya düşməklə heç nə əldə etmirik. Əksinə, immunitetimizi zəiflətmiş olacağıq. Ona görə də əhvalımızı yüksək tutmalı, bütün lazımi tədbirlərə - istər qidalanma, istər vaksinasiya, istərsə də gigiyena qaydalarına riayət etməliyik.

Yoluxma sayının üçrəqəmli həddə enməsi, müəyyən qadağaların aradan götürülməsi qətiyyən arxayınlıq yaratmamalıdır. Xüsusən də koronavirusun yeni "omikron" ştamının Azərbaycanda da aşkarlanması fonunda. Vətəndaş olaraq biz də dövlətin pandemiya ilə mübarizədə həyata keçirdiyi tədbirləri sıx dəstəkləməli, öhdəmizə düşən vəzifələri yerinə yetirməliyik.

 

Valeh Anaroğlu