KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirmək adı ilə vətəndaşlara qarşı dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla məlum olub ki, şəhər sakini Anar Ağayev yaşadığı binanın sakinlərindən Vətən Müharibəsi şəhidinə ehsan bulağı tikdirəcəyini vəd edərək müxtəlif məbləğlərdə pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib. Saxlanılaraq istintaqa təhvil verən Anar Ağayev törətdiyi cinayət hadisəsini etiraf edib, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərclədiyini deyib. Araşdırmalar davam etdirilir.
- Baxış: 597