• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 11.01.2022 19:29

“Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın təqdimatı olub

KepezTV Player

Gəncə Uşaq Evində Əməkdar müəllim Səmayə Mirzəyevanın qələmə aldığı “Şəhidlikdən qələbəyə gedən yol” adlı kitabın təqdimatı keçirilib. Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Uşaq Evinin nümayəndələri, şəhid ailələri iştirak ediblər. Kitabda Birinci Qarabağ müharibəsi və Vətən Müharibəsi zamanı şəhid olan igidlərimizin qəhrəmanlarıqlarından bəhs edilib. Tədbirdə  Milli Qəhrəman, şəhid Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanova ilə videoformat vasitəsilə əlaqə saxlanılıb. O, Polad Həşimovla bağlı xatirələrini bölüşüb.  Tədbirdə Gəncə Uşaq Evinin sakinləri tərəfindən şəhidlərə həsr olunan səhnəciklər nümayiş edilib, şeirlər səsləndirilib.