• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2358
— 08.01.2022 11:13

Narkotikə görə saxlanıldılar

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və digər tabeli qurumlarının əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri saxlanılıblar. Mahir Musayev, Əlimərdan Abbasov, Samir Sadıqov, Nicat Cəlilov, Asəf Məmmədov və İlham Əmrahlı polis idarələrinə gətiriliblər. Onların üzərinə baxış keçirilən zaman “heroin”, “metamfetamin”, “qurudulmuş marixuana” və digər narkotik vasitələr aşkarlanıb. Araşdırmalar zamanı İlham Əmrahlının İran vətəndaşı olan, hələlik istintaqa məlum olmayan şəxslə sosial şəbəkə üzərindən əlaqəyə girərək sonuncudan birbaşa təması olmadan bir neçə dəfə narkotik vasitə alması aşkar edilib. Saxlanılan şəxslər maddi sübutlarla birlikdə istintaqa təhvil veriliblər. Araşdırmalar davam etdirilir.