"Biz Azərbaycanın müdafiə sənayesi sahəsində xarici asılılığını azaltmağı, texnologiya transferi layihələri vasitəsilə kritik texnologiyalara çıxışı təmin etməyi və yerli məşğulluq yaratmaqla sənayeni gücləndirməyi hədəfləyirik". Türkiyənin ASELSAN şirkətinin İdarə Heyətinin rəhbəri və baş direktoru Haluk Görgün deyib ki, iki qardaş ölkə arasında müdafiə sənayesi sahəsində birgə istehsal, inkişaf mövzuları prioritetdir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ASELSAN arasında, xüsusilə elektrooptika və gecəgörmə sistemləri ilə bağlı birgə istehsalat fəaliyyətləri həyata keçirilir. Son illərdə bələdçi dəstlərlə bağlı bəzi birgə fəaliyyətlər də var. Baş direktor hesab edir ki, gələcəkdə müdafiə sənayesi sahəsində birgə müəssisələrin təşkili, birgə məhsulların istehsalı reallaşacaq.
- Baxış: 442