• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 28.12.2021 19:39

STEAM siniflərinin şagirdlərinin əl işləri nümayiş olundu

KepezTV Player

Gəncənin orta məktəblərində olan STEAM siniflərin sərgisi keçirilib. STEAM sinifləri  şəhərin 4, 5, 10, 26, 39 nömrəli orta məktəbində 34 sinifdə ümumilikdə 1035 şagirdi əhatə edir. Bu siniflər bütün yaş qruplarından olan şagirdlər üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub. Burada təhsilalanların 3D çap, mexatronika, pilotsuz uçuş aparatlarının yaradılması istiqamətləri üzrə fəaliyyət göstərməsi üçün sahələr var. 2019-cu ildən tətbiqinə başlanılan STEAM layihəsinin əsas məqsədi məktəblilərə tənqidi, yaradıcı düşünmə, əməkdaşlıq etmə kimi XXI əsr bacarıqları formalaşdırmaq, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirməkdir. STEAM siniflərin sərgisində şagirdlərin əl işləri ilə tanışlıq olub, yaradılan yeni texnalogiyalar haqqında məlumatlar verilib.