• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 28.12.2021 19:23

Azərbaycanda Omicron ştamı aşkarlanmayıb

KepezTV Player

“Son zamanlar gündəmdə olan Omicron ştamının artıq 100-ə yaxın ölkədə geniş yayılması aktiv müzakirə olunur”.Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev deyib. O bildirib ki, bu məsələ diqqət mərkəzindədir. Mustafayev “COVID-19-a qarşı yeni dərmanlardan danışıb və onların vaksini əvəz etməyəcəyini vurğulayıb. TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə sonuncu dəfə noyabrın əvvəllərində Azərbaycanda ciddi rəqəmlərin qeydə alındığından danışıb.**Son sutkada isə ölkədə koronavirus infeksiyasına 376 yeni yoluxma faktı qeydə alınıb, 887 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 443 nəfərdir. Son sutkada COVID-19 əleyhinə 31 242 vaksin vurulub.