• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2519
— 28.12.2021 16:20

Turizm əhəmiyyətli Gəncə-Toğanalı avtomobil yolu

KepezTV Player

Bütün fəsillərdə aktual olan turizm növlərindən biri dağ turizmidir. Dağ turizmini inkişaf etdirmək və insanların səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığına əsasən bu istiqamətdə avtomobil yolları yenidən qurulub və qurulmaqda davam edir. Bu tapşırığın icrası ilə əlaqədar olaraq əsaslı şəkildə yenilənən respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Gəncə-Toğanalı hissəsidir. Yolun 38 km-lik Gəncə-Toğanalı hissəsinin yenidən qurulması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2 mərhələ üzrə həyata keçirilib. 1-ci mərhələ üzrə sözügedən yolun 16.5 km-lik Gəncə-Yeni Zod hissəsi yenidən qurulub. 2-ci mərhələdə isə 21.5 km-lik Yeni Zod-Göygöl-Maralgöl hissəsinin yenidən qurulması işləri icra olunub.