• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1867
— 24.12.2021 19:00

Prezident və ailəsi hərbi hissənin açılışında iştirak edib

KepezTV Player

Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər.Prezident hərbi hissəyə döyüş bayrağını təqdim edib. Təlim mərkəzi ilə tanışlıq olub və təlim fəaliyyəti izlənib.

Bildirib ki, bu gün Hadrutda bu hərbi hissədə yeni hərbi birləşmənin nümayəndələri, komando qüvvələri yerləşir. Komando briqadasının yaradılması bizim üçün yenilikdir. Bir yox, iki yox, bir çox komando briqadaları artıq Azərbaycanda yaradılır və bu briqadalar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaqlar deyən dövlət başçısı əlavə edib: bu gün Ermənistan ordusu yoxdur. Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq. Hadrut əməliyyatının əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, Hadrut işğalçılardan azad edilməsəydi, Şuşaya gedib çatmaq daha çətin olardı. Halbuki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib.Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır - deyə dövlət başçısı vurğulayıb.