• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1983
— 24.12.2021 15:56

Prezidentin yubileyi münasibətilə ağacəkmə aksiyası

KepezTV Player

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyeyin 60 illik yubileyi münasibətilə Heydər Əliyev Park-Kompleksinin ərazisində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və gənclərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. Aksiyaya Nizami yurdunda fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatlarının, Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının Gənclər Birliyinin, ASAN könüllülərinin, həmçinin digər gənclər təşkilatlarının 80-ə yaxın fəal gənc və könüllüləri qatılıb. Park ərazisində Ali Baş Komandanın 60 illik yubileyi ilə əlaqədar simvolik olaraq  iqlim şəraitinə uyğun 60 həmişəyaşıl ağac əkilib.