• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 23.12.2021 20:39

Din və media münasibətləri müzakirə olunub

KepezTV Player

Gəncə Şəhər İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə “Din və media münasibətləri ictimai müstəvidə” mövzusunda görüş keçirilib. Çıxışlarda qeyd olunub ki, Azərbaycan multikultural ölkədir və bütün dinlərdən olanlara eyni münasibət göstərilir. Dini dəyərlərin düzgün təbliğində media işçilərinin rolunun böyük olduğu və bu istiqamətdə yalnış informasiyaların insanlar arasında çaşqınlıq yaratmasına yol verilməzliyi vurğulanıb. Qarşılıqlı fikir mübadiləsi formasında keçən görüşdə dini qurumlar və media arasında qarşılıqlı əməkdaşlığının əhəmiyyətinə toxunulub.