• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2446
— 23.12.2021 20:21

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə veriləcək

KepezTV Player

1-ci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi üçün komissiya yaradılıb. Komissiyanın öhdəliyində olan əsas məsələ ödəmə ilə bağlı mexanizm hazırlamaq və 2 ay ərzində ödəmənin verilməsi qaydasını hazırlamaqdır.

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini: Birdəfəlik ödəmə nağdsız qaydada veriləcək. Siyahılar hazır olandan sonra dürüstləşdiriləcək, hüququ olan şəxslərə və ya vəfat edənlərin ailələrinə birdəfəlik ödənəcək. Proses qaydalarla müəyyən olunacaq. Vərəsələr müəyyən ediləcək, hər bir vərəsənin payına uyğun bölünərək məbləğ ödənəcək. Fərmanla bizə 2 ay vaxt verilib, təkliflər hazırlanıb, Komissiyada müzakirə olunandan sonra ödəmə ilə bağlı qaydaların təsdiq olunması üçün Nazirlər Kabinetinə müraciət olunacaq”.

Hərbi qulluqçulara sığorta ödənişi əvəzinə birdəfəlik ödəmə veriləcək

Nazir müavini həmçinin bildirib ki, hərbi qulluqçuların icbari sığortası haqqında qanun 2 avqust 1997-ci il tarixdən qüvvəyə minib. Həmin tarixdən sonra şəhid olmuş və yaxud hərbi əməliyyatlarla əlaqədar xəsarət almış, yaxud xidmət dövrü ilə əlaqədar xəstələnmiş şəxslərə qanunun tələblərinə uyğun olaraq ödənişlər həyata keçirilir.

Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini:  Hazırkı fərmanla birdəfəlik ödəmənin təsis olunmasının məqsədi də 1997-ci il 2 avqust tarixinə qədər xəsarət alması və yaxud xəstələnməsi nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərə də sığorta ödənişi əvəzinə ödənilməsidir. Çünki həmin tarixdə bu qanun olmayıb, həmin şəxslərin sığorta ödənişi hüququ yaranmayıb. Bu, ölkə başçısı tərəfindən növbəti ciddi humanist addımdır. Həmin şəxslərə sığorta ödənişi əvəzinə birdəfəlik ödəmənin verilməsi müəyyən edilib”.