• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2016
— 10.12.2021 20:08

Türkiyə səfiri Qarabağdakı Rusiya - Türkiyə Birgə Monitorinq Mərkəzində olub

KepezTV Player

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, həmçinin səfirliyin Hərbi Attaşesi briqada generalı Zəkəriyyə Yalçın işğaldan azad edilmiş torpaqlarda atəşkəsin qorunub saxlanılması üçün Türkiyə ilə Rusiya arasında imzalanmış müqaviləyə uyğun yaradılmış “Birgə Monitorinq Mərkəzi”nə baş çəkiblər.Bu barədə Türkiyənin ölkəmizdəki Səfirliyinin “Facebook” səhifəsində bildirilib. Mərkəzin fəaliyyəti barədə səfirə və Hərbi Attaşeyə məlumat verilib.