• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2440
— 09.12.2021 20:43

Mənzillər güzəştli qiymətlərlə satışa çıxarılacaq

KepezTV Player

Mida nın Gəncədə inşa etdiyi ilk yaşayış kompleksinin mənzilləri yaxın günlərdə satışa çıxarılacaq. Regionda inşa olunan ilk kopleksdə mənzillərin qiymətlərində gözəştlər də ediləcək.

Gəncə Yaşayış kompleksi üzrə ümumilikdə 245 mənzilin dövlət sifarişi əsasında rəsmləşdirilməsi həyata keçirilib. Bu mənzillərdən 153- ü ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi  ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə, 92- si isə Gəncədə erməni teroru nəticəsində evləri dağılan və qəzalı vəziyyət düşən sakinlərə ayrılıb.

Nurəngiz Novruzova I Qarabağ müharibəsi şəhidinin həyat yoldaşı: Bu evi bizə 2020- ci ildə 30 noyabrda bizə təqdim elədilər. Buranın hər bir şəraitindən razıyıq. Işıqlandırma, yaşıllaşdırma, evin hər bir şəraiti içindədir. Yəni bütün sostemləri işıq qaz su hər şeydən razıyıq, heç bir narazılığımız yoxdu. 2 otağlı evi şəhidimizə görə verdilər bizə.

Arzu Kərimov I Qarabağ müharibəsi qazisi: 1 Qarabağ müharibəsinin 2 qrup qazisiyəm. Bu evi mənə 2020- ci ilin dekabr ayında verdilər. Uşaq 2 otaqdan ibarətdir mətbəxi və hamımı hər şeyi var. Burda məndən başqa qarabağ əlillərinə terordan əziyyət çəkmişlərə də ev verdilər bu və qarşıdakı binadan.  Başda prezidentimiz olmaq şərti ilə minnətdarlıq edirəm ki, çox sağolsun bizi sevindirdi.

Kompleksdəki mənzillərin güzəştli şərtlərlə mənzil sistemi vasitəsilə satışına  dekabrın 23-ü saat 11-də başlanılacaq və  30 dekabradək davam edəcək. Güzəştli məzil sistemində elektron kabinetə sahib olan bütün vətəndaşlar mənzil seçimində iştirak edə bilərlər.

Diana Dadaşova MİDA-nın mətbuat katibi: Bu gün siz özünüz həmin bu mənzillərə sahib olan sakinlərin bir neçəsinin evində olduz və şəraitləri ilə tanış oldunuz. Satışa çıxarılan mənzillər 2,3 və 4 otaqlıdır.  Vətəndaşlar bu məzilləri həm ipateka kreditinən istifadə etməklə həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə əldə edə bilərlər. Əgər vətəndaşlar mənzilləri ipateka krediti vasitəsilə əldə etmək istəirlərsə mütləq satış gününə qədər agent banklardan birinə yaxınlaşmalı və ilkin razılıq qərarını əldə etməlidirlər. Qeyd edim ki, gəncə şəhərində yaşayan vətəndaşlar Bakı şəəhrinə getmədən müvafik bankların Gəncə şəhərində yerləşən müvafiq filiallatrına yaxınlşaraq tam ödənişsiz şəkildə razılıq qərarını əldə edə bilərlər.

Mənzillərin qiymətinə gəlincə 2 otaqlılar 48000, 3 otaqlılar 63000, 4 otaqlı mənzillərin qiyməti isə 81000 manatdan başlayır. Kompleksdə ümumilikdə 986 mənzil var. Yaşayış binaları ilə yanaşı Kompleksdə 125 yerlik uşaq baxçası, 1176 şagird yerlik məktəb də inşa edilib.

Aişə Rzayeva