• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1280
— 04.12.2021 20:15

Pulu əsasən nəyə xərcləyirik?

KepezTV Player

Hər birimizin aylıq xərcləri əldə etdiyimiz gəlirlərə uyğun olaraq dəyişir. Bəziləri aldığı maaşı bir neçə gün ərzində xərcləyib, ayı borcla başa vurur, bəziləri isə qənaətlə idarə edir. Maraqlıdır, bəs şəhər sakinləri öz qazanclarını necə idarə edir? Ən çox nəyə pul xərcləyirlər?

Kreditlər , yemək və geyimə xərcləyirəm.

Məsəlçün mən idmana gedirəm, paltarım əlcəyim yol pulum.

Evin yeməyi içməyi produkta.

Qaza işığa, birdə kreditə veririk.

Ərzağa, kamunal xidmətlərə, birdə poz qazan latareyasına.

Uşağımın təhsilinə və kirayəyə.

Nəyə xərcləyəcəyik, pradukta.

Paltara təhsilə, kitablara.

Ev kirayəsinə, birdə yola gedib gəlmək çox edir tələbə olaraq.

Sakinlər arasında keçirilən sorğuya və əhalinin istehlak xərclərinin strukturuna baxanda görünür ki, Azərbaycanda əhali, əsasən ərzağa pul xərcləyir.

Pul qazanmaq çətin işdir. Amma o pulu düzgün xərcləmək də hər insanın işi deyil. Sorğu zamanı əksər insanlar büdcələrinə qənaət edə bilmədiklərini də qeyd elədilər.

Ümumilikdə 2021-ci ildə Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.