• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2031
— 25.11.2021 12:18

Kəlbəcərin erməni işğalından azad olunmasından bir il ötür

KepezTV Player

Bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür. Ermənistan Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Beynəlxalq təşkilatın qətnaməsində bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunub. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qalıb. Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub. Bununla da 27 il işğal altında olan Kəlbəcər rayonu qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb. Bu il avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonunda olublar. Dövlət başçısı Kəlbəcər şəhərində Azərbaycan bayrağını ucaldıb.