• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 830
— 23.11.2021 20:43

Texniki bitkilərlə bağlı seminar təşkil edilib

KepezTV Player

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunda elmi-praktiki seminar keçirilib. Tədqiqatların birgə aparılmasının tənzimlənməsi üçün təşkil edilən seminarda Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən aqrar şirkətlərin nümayəndələri, institutun alimləri və elmi işçiləri iştirak edib. Çıxışlarda ölkədə yetişdirilən texniki bitkilərin problemlərindən, zərərvericilərə qarşı mübarizə üsullarından, eləcə də məhsuldarlığın artırılması istiqamətində görüləcək işlərdən danışılıb. Eyni zamanda seminarda şirkətləri maraqlandıran, əkin sahələrində yaranan çətinliklər, yeni sortların becərmə üsulları haqqında ətraflı məlumat verilib. Bununla yanaşı tədbirdə gələcəkdə daha yaxşı məhsuldarlıq əldə etmək və xəstəliklərin qarşısının alınması yönündə institutla aqrar şirkətlər arasında qarşılıqlı əməkdaşlıq barədə müzakirlər aparılıb.