• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1317
— 23.11.2021 20:39

Gəncədə evdə partlayış zamanı ağır xəsarət alan qadın ölüb

KepezTV Player

Gəncədə beş gün əvvəl baş verən partlayış zamanı ağır xəsarət alan qadın ölüb.Gəncə şəhər sakini, 45 yaşlı Sahibə Rasim qızı Verdiyeva Bakıda müalicə aldığı xəstəxanaların birində dünyasını dəyişib. Xatırladaq ki, noyabrın 18-i axşam saatlarında Gəncə şəhərinin Əlişir Nəvai küçəsində yerləşən evdə partlayış baş verib. Hadisə nəticəsində evdə olan Sahibə Verdiyeva və 23 yaşlı Əli Vahid oğlu Verdiyev yanıq xəsarətləri alıb, fərdi evdə qismən dağıntılar olub. Daha sonra ağır yanıq xəsarətləri alan ana və oğlu Bakı şəhərində yerləşən xəstəxanaların birinə köçürülüblər.