• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1990
— 20.11.2021 19:46

“ÖVLADIM ÜÇÜN - Gənc atalar və övladları üçün festival

KepezTV Player

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Əhali Fondu və Qadınlar üzrə Agentliyinin birgə həyata keçirdiyi “Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində həyata keçirilən növbəti tədbir Gəncədə baş tutub.

Gəncədə “Övladım Üçün - Gənc ataların fəal və məsuliyyətli atalıq fəaliyyətinə cəlb edilməsi” layihəsi çərçivəsində Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 200-ə yaxın gənc ata və övladının iştirakı ilə festival həyata keçirilib.

Festivalda müxtəlif hədiyyəli oyunlar, şoular, rəqslər, musiqili proqram və bir-birindən əyləncəli yarışlar azyaşlıların böyük marağına səbəb olub. Festival çərçivəsində atalar öz övladları ilə birlikdə həmin yarışlarda və uşaqların əylənə biləcəyi müxtəlif oyunlarda iştirak edərək hədiyyələr qazanıblar.

Keçirilən layihənin əsas məqsədi Azərbaycanda qızlara və qadınlara qarşı ayrı-seçkiliyi təbliğ edən sosial normaları aradan qaldıraraq kişiləri öz övladlarına qayğı və məsuliyyətlə yanaşmağa, həmçinin fəal və düzgün atalıq fəaliyyətinə cəlb edilməklə məsuliyyətli atalıq mövqeyi sərgiləməyə təşviq etməkdən ibarətdir.

 

Valeh Anaroğlu